"28 May"dakı ticarət köşkləri sökülür
15 yanvar 2015 10:53 (UTC +04:00)

"28 May"dakı ticarət köşkləri sökülür

Metronun "28 May" stansiyasının qarşısındakı yeraltı piyada keçidində yerləşən ticarət mərkəzində köşklər sökülür. Lent.az-ın "Bizim yol"a istinadən xəbərinə görə, buna səbəb kimi iyun ayında Bakıda start götürəcək Birinci Avropa Oyunlarına hazırlıq göstərilib. 
 

 

Xatırladaq ki, Oyunlar Avropanın 49 Milli Olimpiya Komitəsini birləşdirən Beynəlxalq Olimpiya Təşkilatı tərəfindən keçirilir. 12-28 iyun tarixləri arasında keçiriləcək Oyunlarda 49 ölkədən 20 idman növü üzrə 6000-dən çox idmançının yarışacağı gözlənilir.

"İdmançılarla yanaşı, beynəlxalq idman yarışına görə Bakıya turistlərin də gələcəyi gözlənilir. Onların yeraltı piyada keçidində rahat hərəkətinin təmin olunması üçün köşklərin sökülməsi məqsədəuyğun hesab edilib", - deyə ticarət obyekti uçurulan sahibkar Orxan Əliyev bildirib.

Onun sözlərinə görə, bu barədə onlara əvvəlcədən hər hansı bildiriş daxil olmayıb: "Elə bu günlərdə gəlib, özlərini ticarət mərkəzinin məsul şəxsləri kimi təqdim edən adamlar köşklərin sökülməsi tapşırığının olduğunu dedilər. Biz rəhbərliyə müraciət etdik. Bizə söküntünün yuxarıdan tapşırıq olduğunu bildirərək, qərara qarşı çıxa bilməyəcəklərini etiraf etdilər".

Orxan Əliyev bildirib ki, ticarətlə məşğul olmağa davam etmək üçün onlara alternativ yer təklif olunmayıb: "Bizə "köşkü boşaldın, sökürük" dedilər. Gördüyünüz kimi, satmaq üçün nəzərdə tutulan geyim məhsullarını toparlayıb, daşımaqla məşğuluq. Ümid edirik ki, idman yarışı bitəndən sonra yenidən öz yerlərimizə qayıdaq".

Köşklər sökülsə də, mağazalar toxunulmaz qalır. Sökülən ancaq köşklərdir. Hansı ki, onlar sonradan qurulublar. Müxtəlif ödənişləri həyata keçirmək üçün nəzərdə tutulan bankomatlar ticarət mərkəzinə gətirilib. Burada təmizlənmə və rənglənmə işləri həyata keçirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 170
avatar

Oxşar yazılar