Bakıda bu yolda hərəkət məhdudlaşdırılacaq
20 iyun 2017 10:29 (UTC +04:00)

Bakıda bu yolda hərəkət məhdudlaşdırılacaq

0

"Azəravtoyol” ASC tərəfindən avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi  məqsədi ilə, yolların və piyada keçidlərinin yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri davam  etdirilir. "Azəravtoyol” ASC-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu gün səhər saat 10:00-dan etibarən Nərimanov rayonu İsmayıl Hidayətzadə küçəsində üfüqi nişanlanma xətlərinin rənglənmə işləri aparılacaq.

 

Adı çəkilən küçədə işlərin aparılması ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti tam və ya qismən məhdudlaşdırılaraq, rənglənmə işləri axşam saatlarınadək yekunlaşdırılacaq.

 

"Azəravtoyol” ASC sürücülərdən iş gedən ərazidə diqqətli olmalarını xahiş edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 398

Oxşar yazılar