ABŞ-ın Silikon Vadisinin investorları UNEC-də olub
13 mart 2017 11:22 (UTC +04:00)

ABŞ-ın Silikon Vadisinin investorları UNEC-də olub

 

ABŞ-ın Silikon Vadisində yerləşən “Global Catalyst Partners” (GCP) şirkətinin sədri, vençur kapitalı sərmayədarı Kamran Elahianın rəhbərlik etdiyi nümayəndə heyəti UNEC-də olub.

 

UNEC-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, universitetin rektoru Ədalət Muradov UNEC-də həyata keçirilən layihələr, beynəlxalq əməkdaşlıq imkanlarından danışıb və  universitetdə yaradılan İnnovativ Biznes İnkubator barədə məlumat verib.

 

İnnovasiyanın İKT-də tətbiqi sahəsində Azərbaycan Təhsil Nazirliyi ilə ortaq proqram əsasında ölkəmizdə səfərdə olduğunu bildirən vençur kapitalı sərmayədarı Kamran Elahian UNEC-də yaradılan İnnovativ Biznes İnkubatorun yaradılmasını müsbət dəyərləndirib. Görüşdə beynəlxalq ekspertlərin UNEC-ə cəlb edilməsi, birgə tədbirlərin keçirilməsi, təcrübə mübadiləsinin aparılması, burada reallaşdırılan startap layihələrinin beynəlxalq çıxışlar əldə etməsi üçün dəstəyin göstərilməsi, o cümlədən tələbələrin Silikon Vadisinə turlarının təşkili barədə fikir mübadiləsi aparılıb.

 

UNEC tələbələri ilə görüşdə isə qonaq startapları dayanıqlı biznesə çevirməyin yollarından danışıb, investorları startaplara necə cəlb etməyin sirlərini açıqlayıb. Eyni zamanda hansı ideyaların daha uğurlu startap ola biləcəyindən və inkubator mentorlarının fəaliyyətindən söz açıb.

 

Görüşdə UNEC-in İnnovativ Biznes İnkubatorunda fəaliyyət göstərən tələbə-startapçılar da öz layihələri barədə məlumat verib, iş prosesində qarşılaşdıqları problemləri açıqlayıblar. Sərmayədar Kamran Elahian UNEC-də reallaşdırılan startap layihələrinə dəstək göstərəcəyini ifadə edib. Startapların real şirkətlərə çevrilməsi və vençur kapitalının bu sahəyə cəlb edilməsi imkanları barədə məlumat verib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 194
avatar

Oxşar yazılar