Nazirlik sosal ödənişləri təmin edib
08 sentyabr 2014 12:21 (UTC +04:00)

Nazirlik sosal ödənişləri təmin edib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) iş yerlərində əmək haqları və digər sosial xarakterli ödənişlərin işçilərə vaxtlı-vaxtında ödənilməsi istiqamətində həyata keçirdiyi tədbirlərini davamı etdirir. Nazirlikdən Lent.az-a verilən məlumata görə, cari ilin avqust ayında işəgötürənlər tərəfindən ümumilikdə 22 944 manat məbləğində gecikdirilmiş sosial xarakterli ödəmələrin işçilərə ödənilməsini təmin edib.

 

Qeyd olunan vəsaitin 19 102 manatı əmək haqlarından, 2 120 manatı zərərə görə ödənclərdən, 1 722 manatı isə sosial müavinət və kompensasiyalardan ibarət olub.

 

Bu sahəyə dövlət nəzarətinin gücləndirilməsi iş yerlərində işçilərə əmək haqlarının və digər sosial xarakterli ödənişlərin gecikdirilməsi hallarının tədricən azalması ilə müşahidə olunur. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə gecikdirilmiş sosial xarakterli ödənişlərin ümumi məbləği 18,2% azalıb.

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 624

Oxşar yazılar