Bu gün modern.az saytının 5 yaşı tamam olur. 2009-cu il sentyabrın 1-dən fəaliyyətə başlayan sayt qısa zaman ərzində oxucuların rəğbətini qazanıb. Modern.az fərqli təqdimatlar, layihələr, müxtəlif janrlarda maraqlı materiallar dərc edib. Saytın baş redaktoru Azərbaycan Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlıdır.
Lent.az kollektivi olaraq, həmkarlarımızı təbrik edir, yaradıcılıq işlərində uğurlar arzulayırıq.