Sahil bağında Gül bayramı təşkil edilib
11 may 2014 13:20 (UTC +04:00)

Sahil bağında Gül bayramı təşkil edilib

Səbail rayonunda Heydər Əliyevin anadan olamsının 91 illiyinə həsr olunmuş ənənəvi gül bayramı keçirilib. Lent.az-ın məlumatına görə, «Sahil bağı»nda bununla əlaqədar lazımi abadlıq işləri aparılıb, park başdan-başa yenilənib, buradakı hər 3 fəvvarələrin ətrafı güllərlə bəzədilib. Təşkil edilmiş tədbirdə Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, Milli Məclisin Komitə sədri, akademik Ziyad Səmədzadə, Milli Məclisin deputatı Fuad Muradov və digər qonaqlar rayonun idarə və təşkilatlarının, ictimai təşkilatlarının, ali, orta və məktəbəqədər təhsil müəssisələrinin, rayon ictimaiyyəti iştirak edib. 
 
Bakı şəhər İcra Hakimiyyətinin müsabiqə komissiyasının üzvlərinin iştirakı ilə parkdakı gül kompozisiyaları və əl işlərinə baxış keçirilib. 
 
Məlumat verilib ki, Gül bayramı ilə əlaqədar Sahil bağında ümumilikdə 350 min ədəd güldən istifadə olunub. Rayondakı Dövlət İqtisad, Pedaqoji və «Qərb» Universitetlərinin, Bakı Oksford məktəbinin, 18 orta məktəbin, 18 uşaq bağçasının, 2 Uşaq yaradıcılıq və texniki yaradıcılıq mərkəzinin şagirdlərinin, səhiyyə və rayonun bir sıra digər təşkilat və müəssisələrinin kollektivlərinin nümayiyiş etdirdikləri gül kömpozisiyaları, müxtəlif heyvanların, tarixi yerlərin güldən hazırlanmış maketləri və şagirdlərin hazırladıqları müxtəlif materiallardan işlənmiş sənət nümunələri iştirakçılarda xoş təəssürat yaradıb. Təsviri incəsənətlə məşğul olan məktəblilərin asfalt üzərində çəkdiyi şəkilləri münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib.
 
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 993
avatar

Oxşar yazılar