Azərbaycanın qızılı 2 dəfə artıb
07 may 2014 14:01 (UTC +04:00)

Azərbaycanın qızılı 2 dəfə artıb

Son 10 ildə Azərbaycanda 192 yataq və çoxsaylı təzahürlər kəşf olunub.


 

APA-nın verdiyi məlumata görə, bu, ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırovun “Heydər Əliyev və yeni cəmiyyət modeli” mövzusunda keçirilən konfrans üçün təqdim etdiyi məruzədə yer alıb.

 

Bu yataqların 12-si filiz (bunlardan 8-i qızıl), 52-si qeyri-filiz, 127-si inşaat materialları və 1-i yeraltı şirin su yatağıdır. H. Bağırov qeyd edib ki, hazırda yeni kəşf olunmuş yataqlar hesabına Azərbaycanın inşaat materiallarına və qeyri-filiz xammalına tələbatı tam ödənilir. Son illərdə kəşf olunmuş yataqlar hesabına ölkənin qızıl ehtiyatları 2 dəfədən çox artıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 508
avatar

Oxşar yazılar