Kənd təsərrüfatı naziri vətəndaşları qəbul edəcək. Lent. az-ın məlumatına görə, nazir Heydər Əsədov noyabrın 29-da Salyanda vətəndaşların problemini dinləyəcək. Görüşdə Salyan, Neftçala, Hacıqabul, Sabirabad, Saatlı, Biləsuvar və Cəbrayıl sakinləri də iştirak edə biləcəklər.
Bundan başqa, elə həmi gün Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev də vətəndaşlarla görüşəcək. Şirvan şəhərində baş tutacaq görüşdə Şirvan, Kürdəmir, Ağsu, Şamaxı, Zərdab, Saatlı, Sabirabad, Hacıqabul sakinləri də iştirak edəcəklər.