Keçən həftə Azərbaycanda 4 nəfəri ilan, 2 nəfəri əqrəb, 2 nəfəri də hörümçəyin zəhərli növü olan qara qurd sancıb.
Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudovun Lent.az-a verdiyi məlumata görə, ilan sancan şəxslər xəstəxanaya ağır vəziyyətdə gətiriliblər.
Aparılan müalicədən sonra xəstələr ağır durumdan çıxıb, artıq həyatları üçün təhlükə yoxdur. Əqrəb və qara qurd sancanların durumunda isə ağırlaşma olmayıb.
Qeyd edək ki, may ayından indiyə qədər 45 nəfəri ilan, 10 nəfəri qara qurd, 12 nəfəri əqrəb sancıb. İlan sancmaları ən çox Qazax, Şəki, Qəbələ, İsmayıllı, Bərdə, Masallı, Lənkəran, Siyəzən və Bakının Qaradağ rayonunda qeydə alınıb.