Xəzərdəki yataqlarımızda dənizdibi seysmik stansiyalar harada quraşdırılacaq?
02 may 2013 12:19 (UTC +04:00)

Xəzərdəki yataqlarımızda dənizdibi seysmik stansiyalar harada quraşdırılacaq?

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Xəzər dənizinin Azərbaycan sektorundakı “Bahar”, “Ümid” və “Günəşli” yataqlarının yaxınlığında quraşdıracağı dənizdibi seysmik stansiyaların layihələndirmə işləri ilə əlaqədar ABŞ-ın “Kinemetrics” şirkətinin əməkdaşları Matias Franke və Edelvays Spasov Azərbaycanda səfərdədirlər.

AMEA RSXM-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Matias Franke və Edelvays Spasov səfər çərçivəsində AMEA RSXM-in Baş direktoru Qurban Yetirmişli ilə görüşüblər.

Dənizdibi seysmik stansiyaların quraşdırılması ilə bağlı layihənin son tamamlanma işləri üzrə aparılan müzakirələrdə ARDNŞ-in, ”Xəzərneftqaz” layihə İnstitutu, Xəzər dəniz Neft Donanması, “Kinemetrics” şirkətinin nümayəndələri də iştirak ediblər. Müzakirələr zamanı MDB məkanında ilk dəfə olaraq Xəzər dənizinin Azərbaycan sektorunda quraşdırılacaq seysmik stansiyaların tikintisinin bu ilin payızına qədər başa çatdırılmasına da toxunulub. İlkin quraşdırma işlərinin “Bahar” yatağı ətrafında aparılması nəzərdə tutulub.

Qeyd edək ki, 3 dənizdibi seysmik stansiya quraşdırılıb istismara verildikdən sonra bu stansiyaların sayının gələcəkdə 10-a çatdırılması nəzərdə tutulur. Bu stansiyalar vasitəsi ilə Xəzər dənizinin Azərbaycan sektoru boyunca  dənizin dibindəki seysmik aktivliyi daha yaxşı öyrənmək mümkün olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 536
avatar

Oxşar yazılar