Hüquqşünaslar üçün müsabiqə elan edildi
18 yanvar 2013 11:57 (UTC +04:00)

Hüquqşünaslar üçün müsabiqə elan edildi

"Azərbaycan Hüquq İslahatları Mərkəzi" İB (AHİM) hüquqşünaslar üçün "Azərbaycan qanunvericiliyində  və hüquq praktikasında mövcud olan boşluqlar və onların həlli yolları" mövzusunda müsabiqə elan edir. Mərkəzdən Lent.az-a verilən məlumata görə, müsabiqənin şərtləri aşağıdakı kimidir: müsabiqə iştirakçıları tərəfindən təqdim ediləcək yazılar ktual olmalı, hazırlanarkən plagiatçılığa yol verilməməli, problemə tənqidi yanaşılmalı, habelə hüquqşünasların sırf praktikalarında rast gəldikləri problemlərlə əlaqədar olmalıdır. Eyni müəllif müsabiqənin sonunadək bir neçə yazıl təqdim edə bilər. Müsabiqə üçün hazırlanmış yazılar yanvarın 21-dən noyabrın 30-dək [email protected] ünvanına göndərilməlidir.

 

Yazıların qiymətləndirilməsi: yuxarıdakı meyarlara cavab verən yazılar AHİM-nin veb-portalında, həmçinin ölkənin müxtəlif elektron KİV-lərində hüquqşünas mövqeyi kimi işıqlandırılacaq. Müsabiqənin sonuna qədər (30.11.2013) mətbuatda ən çox dərc olunan və populyarlıq qazanmış 3 yazı müəllifi mükafatlandırılacaq:

I yer: 500 AZN

II yer: 300 AZN

III yer: 200 AZN

Mükafatlandırma mərasimi dekabr ayında keçiriləcək.

Məsul şəxs: Könül Şovqatova

Tel: +994 12 492 28 83

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1097
avatar

Oxşar yazılar