Təhsil Nazirliyi şikayətləri QHT-lərlə birgə araşdıracaq
14 yanvar 2013 15:24 (UTC +04:00)

Təhsil Nazirliyi şikayətləri QHT-lərlə birgə araşdıracaq

Təhsil naziri Misir Mərdanov ali və orta ixtisas təhsili müəssisələrində 2012/2013-cü tədris ilinin payız semestrinin imtahan sessiyasını mövcud qaydalara uyğun təşkil etmək, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək və yarana biləcək neqativ halları aradan qaldırmaq məqsədilə əmr imzalayıb. Nazirliyin məsləhətçisi Ənvər İmanov lent.az-a açıqlamasında bildirib ki, bütün şikayət və müraciətlər QHT və nazirlik nümayəndələri tərəfindən araşdırılacaq.

 

Ə. İmanov onu da bildirib ki, tələbə təqaüdü ilə bağlı da nazirliyə müraciət edənlər olur .  “Bir daha sizin agentlik vasitəsi ilə həmin tələbələrə bildirmək istəyirəm ki, kredit kəsiri ilə bağlı tələbənin yığdığı bal yetərli olmadıqda, ona verilən təqaüd kəsilir“ – deyə, baş məsləhətçi əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 841

Oxşar yazılar