<b>Ən çox işsizlik Bakının bu rayonundadır</b>
04 may 2019 14:03 (UTC +04:00)

Ən çox işsizlik Bakının bu rayonundadır

0
Bu ilin apreli ayının 1-nə Bakıda işsizlik statusu verilmiş şəxslərin sayı 18 658 nəfər təşkil edib ki, onlardan 530 nəfəri işsizlikdən sığorta ödənişi alanlar olub.
 
ONA-nın Bakı Şəhər Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, bu göstərici ötən ilin analoji tarixi ilə müqayisədə 2,5% azalıb.
 
İşsizlikdən sığorta ödənişi alan 530 nəfərə hesablanmış orta aylıq məbləğ 256,40 manat olub. Bakı şəhəri üzrə işsiz şəxslərdən 7 154 nəfərini qadınlar təşkil edib. İşçi qüvvəsinə olan tələbat mart ayının axırına şəhər üzrə cəmi 2 526 nəfərdir, onlardan 1 311 nəfəri fəhlələrdir.
 
Qeyd edək ki, Bakı üzrə ən çox işsizlik statusuna malik olanlar Suraxanı rayonunda, ən az isə Pirallahı rayonunda qeydə alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2577

Oxşar yazılar