Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin “Gənclər üçün Prezident Mükafatı”na təqdim etdiyi 8 gənc alim AMEA-nın Fəxri Fərmanı ilə təltif olunacaq. AMEA Rəyasət Heyətinin İctimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, bu barədə qərar RH-nin iclasında qəbul olunub. Onlar Riyaziyyat və Mexanika, Fizika, Geologiya, Botanika və Ədəbiyyat institutlarının, həmçinin Azərbaycan Tibb Universitetinin elmi nəticələri ilə fərqlənən gəncləridir.
İclasda AMEA-nın prezidenti, akademik Akif Əlizadə ölkə başçısı İlham Əliyevin “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsi haqqında” fərmanını xatırladıb və ölkədə gənclərin inkişafına dövlət qayğısını yüksək qiymətləndirib. Onun sözlərinə görə, AMEA-nın Fəxri Fərmanı ölkə başçısının gənclər siyasətinin qarşıya qoyduğu vəzifələrdən irəli gəlir. Gənclərin təltif olunmasında məqsəd elm sahəsində intellektual və yaradıcı potensialı ilə fərqlənən gənc alimləri üzə çıxarmaq, fəaliyyətini qiymətləndirmək, onları daha geniş miqyasda elmi və elmi-təşkilati işlərə cəlb etməkdir. Bu, AMEA-nın kadr hazırlığı siyasəti çərçivəsində həyata keçirdiyi kompleks tədbirlərdəndir.

8 gənc alim AMEA-nın Fəxri Fərmanı ilə təltif olunacaq
Oxşar yazılar

Bu rayonlara leysan yağıb - FAKTİKİ HAVA
18 iyul 2025 , 13:02
Ləhiş bağları işıqsız qalıb - ŞİKAYƏT
18 iyul 2025 , 12:49
Sabah da dəhşətli isti olacaq - Hava PROQNOZU
18 iyul 2025 , 12:20
Bağçalara qəbul başladı
18 iyul 2025 , 11:20
Qusara yeni prokuror təyin olundu
18 iyul 2025 , 10:46
Bakının 3 rayonu bu gün qazsız qalacaq
18 iyul 2025 , 09:47
Böyük irəliləyiş astanasında olan BÜRCLƏR
18 iyul 2025 , 09:09