700 bal toplamış abituriyent ad günündə mükafatlandırıldı
26 may 2018 14:20 (UTC +04:00)

700 bal toplamış abituriyent ad günündə mükafatlandırıldı

IV ixtisas qrupu üzrə Dövlət İmtahan Mərkəzinin (DİM) keçirdiyi ali məktəblərə qəbul imtahanında maksimum nəticə göstərmiş Fizika-Riyaziyyat-İnformatika liseyinin məzunu Rəna Əliyeva öz ad günündə “Hədəf” Şirkətlər Qrupu tərəfindən 1000 manatla mükafatlandırılıb.

Lent.az-ın verdiyi xəbərə görə, Rəna Əliyevaya mükafatı qurumun təsisçisi Şamil Sadiq təqdim edib. 700 bal toplamış Rəna Əliyeva eyni zamanda “Hədəf” hazırlıq kursları tərəfindən “İlin bilgəsi” mükafatı və təltifnaməyə də layiq görülüb. Şəmil Sadiq bildirib ki, 700 bal toplayan 17 yaşlı Rəna Əliyevanın bu gün həm də doğum günüdür. Şəmil Sadiq Rəna Əliyevanı və digər məzunları cümhuriyyətimizin 100 illiyi münasibəti ilə səmimi qəlbdən təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar. 
 

Tədbirdə çıxış edən Rəna Əliyeva 700 bal toplamasında müəllimlərinin əməyinin böyük olduğunu bildirib və Azərbaycan xalqını Respublika Günü və Cümhuriyyətimizin 100 illliyi münasibəti ilə təbrik edib.
 

Tədbirdə Hədəf hazırlıq kurslarının 600-dən yuxarı bal toplayan məzunları təltifnamə ilə mükafatlandırılıblar. Sonra yüksək bal toplamış abituriyentlər Dədə Qorqud çadırına dəvət edilib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 476
avatar

Tural TURAN

Oxşar yazılar