“Azərbaycanda dövlət səviyyəsində müvafiq qərara əsasən 5-6 yaşlı uşaqlar məktəbəqədər hazırlıqla əhatə olunur. 0-6 yaş arasında uşaqların böyük bir hissəsi məktəbəqədər təhsildən kənarda qalır”.
APA-nın xəbərinə görə, bu, Təhsil İnstitutunun “3 və 4 yaşlı uşaqların məktəbəqədər təhsilə cəlb olunması layihəsi” üzrə yekun hesabatda əksini tapıb.
Hesabatda bildirilib ki, aparılan tədbirlər nəticəsində təhsilalanların sayı artsa da, hələlik bu amil arzuolunan səviyyədə deyil, digər ölkələrin göstəricilərindən geri qalır.
Müasir dövrdə məktəbəqədər təhsillə bağlı mövcud problemlər də açıqlanıb. Qeyd olunub ki, 1 – 5 yaşlı uşaqların kənd yerlərində 7%-nin, şəhər yerlərində 21% faizinin məktəbəqədər təhsil müəssisələrinə çıxışı var.
“Məktəbəhazırlıq qrupları heç də bütün uşaqların məktəbəhazırlıqla əhatəliliyini artırmır, onlar yenə də məktəbdən kənarda qalırlar”, - deyə hesabatda vurğulanıb.