488 344 nəfərdə müxtəlif xəstəliklər aşkar olundu
08 may 2014 16:23 (UTC +04:00)

488 344 nəfərdə müxtəlif xəstəliklər aşkar olundu

Azərbaycanda 18 yaşdan yuxarı əhalinin icbari tibbi müayinəsi nəticəsində ortaya çıxan nəticələr və ilkin rəqəmlər açıqlanıb.


 

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli APA-ya açıqlamasında bildirib ki, əhalinin icbari dispanserizasiyası ilkin olaraq 17 fevral - 1 may tarixlərini əhatə edib. Onun sözlərinə görə, tibbi müayinələr zamanı əhalinin müalicəsi ambulator və stasionar şəkildə təşkil olunub.

 

A. Qədirli qeyd edib ki, bu müddət ərzində Azərbaycanda ümumi ölkə üzrə dispanserizasiyasıdan keçmiş əhalinin sayı 5 240 500 nəfər olub: “Bu da 18 yaşdan yuxarı ümumi əhalinin 75,6 %-i deməkdir. Tibbi müayinə zamanı 488 344 nəfərdə müxtəlif xəstəliklər aşkar edilib. Xəstəliklər üzrə birinci yerdə tənəffüs sisteminin xəstəlikləri, ikinci yerdə qan dövranı sistemi xəstəlikləri dayanır. Bundan əlavə, əhalidə həzm, sinir, mədə bağırsaq, göz xəstəlikləri də aşkar olunub”.

 

Səhiyyə Nazirliyinin rəsmisi qeyd edib ki, Bakı şəhəri üzrə 1 milyon 248 min 940 nəfər icbari tibbi müayinədən keçirilib və bu da paytaxtın təxminən 80%-ni əhatə edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 590
avatar

Oxşar yazılar