41 orta məktəbdən Təhsil Nazirliyinə şikayət edilib
07 may 2014 16:58 (UTC +04:00)

41 orta məktəbdən Təhsil Nazirliyinə şikayət edilib

Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, 146), Kommutator Xidmətinə daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2014-cü ilin aprel ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb. Təhsil Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Telefon Məlumat Mərkəzinə 3961 zəng daxil olub ki, bu da 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 5 dəfə çoxdur. Kommutator Xidmətinə isə 5600-ə yaxın zəng daxil olub. Vətəndaşların Qəbulu Mərkəzində isə 5023 vətəndaşa xidmət göstərilib.

 

Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş 8984 müraciətin 6220-si dərhal cavablandırılıb və operativ həll edilib. Müraciətlərin əksəriyyəti sorğu xarakterli olub. Vətəndaşların Qəbulu Mərkəzində 1678 vətəndaşdan 661 ədəd ərizə, 794 ədəd məktub və başqa  sənədlər (223 ədəd) qəbul olunub və qeydiyyata alınıb.

 

1035 nəfər vətəndaş sorğularına uyğun olaraq elektron qaydada Təhsil Nazirliyinin müvafiq məsul şəxslərinin qəbuluna yazılıb. Vətəndaşların şikayət xarakterli 51 müraciəti isə xüsusi proqram vasitəsilə qeydiyyata alınaraq araşdırılması üçün nazirliyin müvafiq struktur bölmələrinə yönləndirilib. Onlardan 41-i ümumtəhsil məktəblərinin fəaliyyətinə aid olan müxtəlif məsələlərlə bağlıdır. Bakı şəhərindəki məktəblərin fəaliyyəti ilə əlaqədar 28 müraciət daxil olub.

 

Daxil olan müraciətlərdə daha çox təhsil sənədlərinin alınması, diplomların tanınması üçün tələb olunan sənədlərin siyahısı, ali təhsil və ümumi təhsil ilə bağlı məsələlər əksini tapıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1434
avatar

Oxşar yazılar