“Menar Azərbaycan – Zəkanin İnkişafı Proqramı”nın Nərimanov filialının açılışı olub. Lent.az-ın məlumatına görə, mərkəzin Nərimanov filialının rəhbəri Nərgiz Paşayeva bildirib ki, "Menar Azərbaycan – Zəkanın İnkişafı Proqramı” 4-12 yaşlı uşaqlar üçün hazırlanmış zəkanın inkişafı proqramıdır. Menar zehni hesablama dərslərini alan uşaqlar qələm, kağız, kalkulyator və ya kompüterdən istifadə etmədən yalnız öz zehinlərində bir neçə saniyə içində riyazi hesablamaları apara bilirlər”, - deyə o, bildirib.
Qırmızı lentin kəsilməsindən sonra mərkəzlə geniş tanışlıq olub. Çoxlu sayda ailələnin maraq göstərdiyi və açılış mərasimindən sonra mərkəzdə 4-12 yaşlı uşaqlar üçün yaradılan hərtərəfli şərait nümayiş etdirilib. Yüksək səviyyəli müasir avadanlıqlarla təmin olunan dərs kabinələri və sinif otaqları balacaların ixtiyarına verilib.