3 çimərlik istifadəyə yarasızdır
10 iyun 2013 12:19 (UTC +04:00)

3 çimərlik istifadəyə yarasızdır

Xəzər dənizinin sahilindəki çimərlik ərazilərində aparılan mikrobioloji təhlillərin müqayisəli nəticələri açıqlanıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Azərbaycan Respublikası Xəzəryanı dövlətlər arasında yeganə ölkədir ki, dənizin və onun akvatoriyasının çirklənmədən qorunması üzrə kompleks tədbirlər həyata keçirir.

“Xəzər dənizinin çirklənmədən qorunması üzrə bəzi tədbirlər haqqında” ölkə prezidentinin sərəncamına əsasən, Ekologiya və  Təbii Sərvətlər Nazirliyi Abşeron yarımadasının kanalizasiya şəbəkəsi olmayan Bilgəh, Buzovna, Mərdəkan, Pirşağı, Nardaran sahil zolaqlarında və “Amburan” çimərliyi ərazisində, eləcə də Novxanı və Corat bağlarının sahil boyu ərazilərində beynəlxalq standartlara cavab verən 17 ədəd modul tipli təmizləyici qurğu quraşdırıb. ETSN-nın Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub sahil zolağında, çimərlik zonalarında və mühüm rekreasiya əhəmiyyətli qumsallıqlarda mütəmadi olaraq ekoloji vəziyyətin monitorinqini həyata keçirir. Nazirlik tərəfindən modul tipli çirkab sutəmizləyici qurğuların quraşdırıldığı ərazilərdə aparılan monitorinqin nəticələrinə görə, 2007-ci illə müqayisədə mikrobioloji baxımdan çirklənmənin qarşısı alınıb. Bunun nəticəsində Abşeron yarımadasının şimal zonasındakı ərazilərdən dənizə axıdılan tullantı suları idarə olunur. Təmizləyici qurğuların istismarı müddətində dənizdə mikrobioloji baxımdan çirklənmənin dərəcəsi tədricən azalmağa başlayıb, son 6 il ərzində qeyd olunan sahələrdə bağırsaq çöplərinin miqdarı minimum həddə çatıb. Aparılan tədqiqatların nəticələrinə görə, qeyd olunan çimərlik ərazilərində çirklənmə dərəcəsi artıq norma daxilindədir. 

Lakin belə qurğuların quraşdırılmadığı məntəqələrdə ötən il olduğu kimi (Səbail rayonun Şıx və Qaradağ rayonun Sahil qəsəbəsinin çimərlik ərazisində) bu il də mikrobioloji baxımdan çirklənmə qeydə alınıb. Qeyd olunan bu ərazilərdə böyük həcmlə axıdılan tullantı suları müvafiq norma və standartlara uyğun təmizlənmədən və zərərsizləşdirilmədən dənizə axıdıldığına görə sözügedən ərazilərdə bağırsaq çöpü bakteriyalarının miqdarı normadan artıq müəyyən edilib. 2013-cü ilin may ayında Xəzər dənizinin sahilində təmizləyici qurğuların quraşdırıldığı ərazilərdə, eləcə də digər çimərlik sahələrində aparılan mikrobioloji təhlillərin nəticələri aşağıdakı kimidir:


Abşeron yarımadasının sahil zolağında modul tipli təmizləyici qurğular quraşdırılmadan əvvəl dənizdən götürülən su nümunələri üzərində aparılmış təhlillər zamanı mikrobioloji baxımdan bağırsaq çöpü bakteriyalarının miqdarı normadan dəfələrlə artıq təyin edilib. Lakin ETSN tərəfindən modul tipli təmizləyici qurğular quraşdırıldıqdan sonra həmin ərazilərdə mütəmadi keçirilən monitorinqlər nəticəsində çirklilik dərəcəsinin tədricən azalması qeydə alınıb. Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən aparılan təhlillərin nəticələrinə görə də qeyd olunan çimərlik ərazilərində çirklənmə dərəcəsi artıq norma daxilindədir. ETSN və Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən birgə keçirilən monitorinq zamanı dənizdən götürülən su nümunələri üzrərində aparılan laborator təhlillərin nəticələri qeyd olunan sahələrdə bağırsaq çöplərinin miqdarının minimum həddə çatmasını təsdiq edir. Göründüyü kimi, son 6 il ərzində qeyd olunan sahələrdə bağırsaq çöplərinin miqdarı norma həddinə çatıb.


Ölkə prezidentinin sərəncamı ilə ETSN tərəfindən modul tipli təmizləyici qurğular quraşdırılmış qəsəbələrin sahil zolağında aparılan son tədqiqatların nəticələri bunu deməyə əsas verir ki, qeyd olunan qəsəbələrin sahil zolağındakı çimərlik sahələri (Sumqayıt, Qaradağ rayonu Sahil qəsəbəsinin “Sahil” və Səbail rayonu “Şıx” çimərliklərindən başqa) yay mövsümü ilə əlaqədar çimərlik kimi istifadəyə yararlıdır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3040
avatar

Oxşar yazılar