38 dərəcə isti gözlənilir
27 iyun 2013 12:44 (UTC +04:00)

38 dərəcə isti gözlənilir

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş direktor müavini Gülşad Məmmədovanın Lent.az-a verdiyi məlumata görə, şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 18-23, gündüz 29-34 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında iyunun 28-də hava şəraiti yağmursuz keçəcək. Lakin axşam və gecə şimal rayonlarında şimşək caxacağı, qısa müddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-23 , gündüz 33-38, dağlarda gecə 10-15, gündüz 22-27 dərəcə isti olacaq.
 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1708
avatar

Oxşar yazılar