37 dərəcə isti olacaq - YENİLƏNİB
17 iyun 2014 14:34 (UTC +04:00)

37 dərəcə isti olacaq - YENİLƏNİB

Bakı və Abşeron yarımadasında sabah hava şəraiti dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Lent.az-a  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib. Şimal küləyi əsəcək. Havanın temperaturu gecə 18-23, gündüz 30-35 dərəcə isti olacaq.

 

Sabah Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı ehtimal olunur. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-23, gündüz 32-37, dağlarda gecə 10-15, gündüz 23-28 dərəcə isti olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 974

Oxşar yazılar