Bakıda və Abşeron yarımadasında mayın 1-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər bəzi yerlərində zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək. Bu barədə Lent.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib. Havanın temperaturunun gecə 10-14, gündüz 20-24 isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 10-15, gündüz 23-28, dağlarda gecə 5-10, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.