Caat 12.00-da anım dəqiqəsində qatarların hərəkəti dayandırılacaq, lokomotivlər həyəcan fiti verəcəklər
“Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətində 20 yanvar faciəsinin 23-cü ildönümünün keçirilməsi ilə bağlı Tədbirlər Planı hazırlanıb.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun Lent.az-a verdiyi məlumata görə, Tədbirlər Planına əsasən Abşeron şəhərətrafı zonada 20 yanvar saat 6.00-dan 23.00-dək hərəkət edən elektrik qatarlarında gediş-gəlişin pulsuz təşkili həyata keçiriləcək.
Həmin gün saat 12.00-da anım dəqiqəsində qatarların hərəkəti dayandırılacaq, lokomotivlər həyəcan fiti verəcək. Bundan başqa, Cəmiyyətin müəssisə və təşkilatlarında 20 yanvar faciəsinin 23-cü ildönümü ilə bağlı anım tədbirləri keçiriləcək, faciə zamanı şəhid olan və yaralanan dəmiryolçuların ailə üzvlərinə maddi yardımlar ediləcək, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətin kollektivi Şəhidlər Xiyabanını ziyarət edəcək.