20 Yanvar faciəsinin ildönümünü hansı ölkələrdə qeyd ediləcək?
15 yanvar 2013 17:02 (UTC +04:00)

20 Yanvar faciəsinin ildönümünü hansı ölkələrdə qeyd ediləcək?

Dünyanın müxtəlif ölkələrində 20 Yanvar faciəsinin 23-cü ildönümü ilə əlaqədar tədbirlər keçiriləcək.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Rusiya Federasiyasının Moskva, Sankt-Peterburq, Yekaterinburq və digər şəhərlərində Rusiya Azərbaycanlı Gənclər Təşkilatının regional bölməsi (AMOR), Ümumrusiya Azərbaycan Konqresi və digər diaspor təşkilatlarının iştirakı ilə konfrans, dəyirmi masa, seminar və elmi konfrans təşkil olunacaq.

 

Bununla yanaşı, “Azerbaycanskiy Konqress” qəzetinin səhifələrində və digər kütləvi informasiya vasitələrində 20 Yanvar faciəsinə həsr olunmuş məqalələr dərc ediləcək. Avropanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız tərəfindən də 20 Yanvar faciəsinin iyirmi üçüncü ildönümü münasibəti ilə müxtəlif tədbirlər keçiriləcək. Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi (AAKM), Azərbaycan Evi, Xəzər Hannover Cəmiyyəti , “Alm.az” Cəmiyyəti tərəfindən müxtəlif tədbirlərin keçiriləcəyi gözlənilir. 12 yanvar 2013-cü il tarixində Maqdeburq şəhərində “Demokratiyanın yolları” adlı anım mərasimi həyata keçiriləcəkdir. Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin  təşkilatçılığı ilə 19 yanvar 2013-cü il tarixində Frankfurt Sülh Tədqiqatları Universitetinin əməkdaşı, siyasi elmlər üzrə fəlsəfə doktoru Azər Babayevin “Bakı qırğını, Dağlıq Qarabağ konflikti və Sovetlərin dağılma prosesi” adlı kitabının təqdimat mərasimi keçiriləcək. 16-18 yanvar 2013-cü il tarixində İsveç siyasi elitasını məlumatlandırmaq məqsədi ilə İsveç parlamenti və İsveç Krallığı Xarici İşlər Nazirliyində dövlət rəsmiləri və parlament nümayəndələri ilə görüş nəzərdə tutulmuşdur. Həmçinin, ümumxalq hüzn günü Polşa, Macarıstan, Litva və Latviya respublikalarında da müxtəlif tədbirlər planlaşdırılıb.

Gürcüstan, Qazağıstan, Qırğızıstanda yaşayan azərbaycanlılar tərəfindən də 20 Yanvar faciəsi anılacaq. Ümumxalq hüzn günü Türkiyədə fəaliyyət göstərən Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının, Yeni Azərbaycan Yardımlaşma və Kültür Dərnəyinin və digər diaspor təşkilatlarının dəstəyi ilə Ankara, İstanbul, İzmir, Kocaeli, Adana, Antalya, Edirne və digər şəhərlərdə müxtəlif tədbirlərlə yad olunacaq. Balıkesir şəhərində “Qanlı Yanvar” adlı fotosərgi keçiriləcək.

 

20 Yanvar faciəsinin iyirmi üçüncü ildönümü ABŞ-da fəaliyyət göstərən Amerika-Azərbaycan Dostluq Cəmiyyətinin, Amerika-Azərbaycan Ticarət Palatasının, Azərbaycan Nyu-York Asossiyasiyasının və digər diaspor təşkilatlarının dəstəyi ilə qeyd olunacaqdır. Bununla yanaşı 20 Yanvar faciəsi Kanadanın altı şəhərində də anım mərasimləri, konfranslar, fotosərgilərlə yad ediləcək. Avstraliyada fəaliyyət göstərən Avstraliya Azərbaycan-Türk Dostluq Cəmiyyəti 20 Yanvar hadisələrinin iyirmi üçüncü  ildönümü münasibəti ilə konfrans, fotosərgi, dəyirmi masanın keçiriləcəyi gözlənilir. 20 Yanvar faciəsinin iyirmi üçüncü ildönümünə həsr olunmuş tədbirlərin dünyanın digər ölkələrində də keçirilməyi nəzərdə tutulur.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 872
avatar

Oxşar yazılar