Paytaxtın 20 yanvar dairəsi adlanan ərazisində genişləndirilən hissədə işlərin böyük hissəsi görülüb. Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-dən Lent.az-a verilən məlumata görə, təhlükəsizlik adaları kiçildilərək yolun hərəkət hissəsi genişləndirilib, mərmər səki daşları quraşdırılıb. Hazırda təhlükəsizlik adası adlanan hissəyə tamet daşı düzülür. Genişləndirilən əraziyə asfalt-beton örtük də döşənib. Bundan əlavə, 3 mkr dairəsindən 20 yanvar istiqamətinə köməkçi hissədə asfalt-beton örtük yenilənir. İşlərin qısa bir müddətdə başa çatdırılması gözlənilir.
194