2017-ci ildə elm xərclərinin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 0,8 faiz təşkil edəcək ki, bu da 2016-cı illə müqayisədə 0,1 faiz-bənd çoxdur.
Lent.az-ın Maliyyə Nazirliyinin saytına istinadən xəbərinə görə, bu barədə 2017-ci il üçün dövlət büdcəsinin layihəsində qeyd olunub.
Gələn il elm xərclərinə 125,3 mln. manat vəsait nəzərdə tutulub ki, bu da 2015-ci ilin icrası ilə müqayisədə 12,1 mln. manat və ya 10,7 faiz çoxdur. Həmin xərclər fundamental elmi tədqiqatların və dövlət orqanlarında mövcud olan elmi tədqiqat təşkilatları tərəfindən həyata keçirilən elmi işlərin maliyyələşdirilməsinə yönəldiləcək.
2017-ci ildə elm xərclərində latın qrafikalı kitabların çap edilməsi üçün 1,4 mln. manat, müasir laboratoriya avadanlıqlarının ayrılması üçün 1,9 mln. manat, maddi-texniki təminatın möhkəmləndirilməsi və digər tədbirlərin həyata keçirilməsi üçün 1,0 mln. manat vəsait nəzərdə tutulub.