2013-cü ildə dövriyyədən çıxarılan narkotik vasitələrin həcmi açıqlanıb
18 aprel 2014 18:43 (UTC +04:00)

2013-cü ildə dövriyyədən çıxarılan narkotik vasitələrin həcmi açıqlanıb

Narkotik vasitələrin, psixotrop maddələrin və onların preksuorlarının ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilməsinin qarşısının alınması ilə bağlı 2013-cü ildə hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirlərinin nəticələri açıqlanıb.


 

APA-nın verdiyi məlumata görə, 2013-cü ildə Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti və Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən 1 ton 182 kq 10, 895 qr müxtəlif növ narkotik vasitələr qanunsuz dövriyyədən çıxarılıb.

 

Başqa sözlə, 379 kq 396,055 qr həşiş, 100 kq 766,378 qr heroin, 170 kq 277, 005 qr tiryək, 476 kq 375,54 qr marixuana, 54 kq 182,813 qr digərləri, 198,567  qr kokain, 98,2 qr metadon, 303,9 qr metamfetamin, 412,437 qr psixotrop maddələr dövriyyədən kənarlaşdırılıb. Daxili İşlər Nazirliyi və Dövlət Sərhəd Xidməti tərəfindən 326 ton 905 kq narkotik tərkibli bitkilər yaşıl kütlə halında yığılaraq məhv edilib.

 

Ümumilikdə, 2013-cü ildə hüquq-mühafizə orqanları tərəfindən 2 min 744 fakt aşkar edilib. Başqa sözlə, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma ilə bağlı 794 fakt, qanunsuz olaraq narkotik xassəli bitkiləri kultivasiya etmə ilə bağlı 171 fakt, satış məqsədi olmadan narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını qanunsuz əldə etmə və saxlama ilə bağlı 1755 fakt, digərləri ilə bağlı 24 fakt aşkarlanıb. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 509
avatar

Oxşar yazılar