2013-cü il “İnformasiya-kommunikasiya texnologiyaları ili”-dir
16 yanvar 2013 07:23 (UTC +04:00)

2013-cü il “İnformasiya-kommunikasiya texnologiyaları ili”-dir

"Gələn ay Azərbaycan birinci telekommunikasiya peykini  orbitə çıxarılacaq. Bu tarixi hadisədir". 

APA-nın məlumatına görə, bunu prezident İlham Əliyev yanvarın 15-də Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında yekun nitqində deyib. “Doğrudan da, Azərbaycan kosmik ölkəyə çevrilir, biz kosmik sənayenin inkişafı ilə məşğuluq və bir neçə il bundan əvvəl bunu təsəvvür etmək belə çətin idi ki, vaxt gələcək və Azərbaycan kosmik ölkələrin sırasına daxil ediləcək. Amma bu vaxt gəlir, yaxın günlərdə biz bu tarixi hadisəni qeyd edəcəyik”, deyə dövlət başçısı qeyd edib.

 

Dövlət başçısı qeyd edib ki, müstəqillik dövründə Azərbaycan elə böyük uğurlara imza atıb ki, hər bir Azərbaycan vətəndaşı bununla fəxr edə bilər: “Onların içində peykin buraxılması xüsusi yer tutur. Bu, həm böyük məna daşıyır, həm də bunun böyük rəmzi mənası var. Əminəm ki, bu hadisə gələcəkdə müasirliyə, inkişafa doğru atılan addımlarımızı artıracaqdır”.

 

Azərbaycan prezidenti bu hadisəni və ümumiyyətlə, İKT sahəsinə verilən diqqəti və bu sahədə əldə edilmiş uğurları nəzərə alaraq, 2013-cü ili “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edib.  “Hesab edirəm ki, 2013-cü ildə bu sahədə biz daha da böyük nailiyyətlərə çatmalıyıq". 

 


Dövlət başçısının sözlərinə görə bu, özlüyündə bütün cəhətlərdən böyük bir nailiyyətdir - həm ölkənin prestiji, həm müasirlik, yeni texnologiyaların inkişafı üçün. “Bu, biznes üçün də sərfəlidir. Çünki bu, eyni zamanda, iqtisadi cəhətdən də səmərəli layihədir. Amma ən önəmlisi odur ki, bu, ölkəmizin inkişafını və niyyətini göstərir. Ümumiyyətlə, bizim dünyagörüşümüzü və siyasətimizi göstərir. Çünki biz müasir, güclü dövlət qururuq. Biz regional müstəvidən çoxdan çıxmışıq. Postsovet ölkəsi kimi bu adı, necə deyərlər, artıq çoxdan arxada qoymuşuq. Biz postsovet ölkə deyilik. Bəzi hallarda xarici tərəfdaşlarla görüşlər əsnasında deyiləndə ki, postsovet ölkələr, deyirəm saxlayın burada. Azərbaycan postsovet ölkəsi deyil. Bəlkə kimsə postsovet ölkəsidir, biz deyilik. Biz, müstəqil Azərbaycan dövlətiyik”, deyə ölkə başçısı vurğulayıb. ”, deyə prezident nitqini yekunlayıb.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1074
avatar

Oxşar yazılar