2 milyon nəfər işini ASANlaşdırdı
25 iyun 2014 10:34 (UTC +04:00)

2 milyon nəfər işini ASANlaşdırdı

İyunun 24-də Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” mərkəzlərinə 2 milyonuncu müraciət daxil olub. Lent.az-ın məlumatına görə, ilk - 1 saylı Bakı “ASAN xidmət” mərkəzi 15 yanvar 2013-cü il tarixində fəaliyyətə başlayıb. Hazırda 6 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 4-ü paytaxt Bakı şəhərində, digər 2-si isə Sumqayıt və Gəncə şəhərindədir. Bundan başqa Prezidentin tapşırığına əsasən “ASAN xidmət” mərkəzlərinin təsis edilmədiyi regionlardakı əhaliyə xidmətlərin çatdırılması və mərkəzlərə gəlmədən vətəndaşların xidmətlərdən yararlanmalarının təmin edilməsi üçün zəruri müasir

texnoloji avadanlıqlarla təchiz edilmiş avtobuslar  səyyar formada regionlarda əhaliyə xidmətlər göstərir.

Ötən il ərzində 37 rayonun 60 min sakininə Səyyar ASAN xidmətlər göstərilib. Qeyd edək ki, “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında qurulur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1048

Oxşar yazılar