156 tələbə xüsusi yataqxana ilə təmin ediləcək
03 sentyabr 2016 11:31 (UTC +04:00)

156 tələbə xüsusi yataqxana ilə təmin ediləcək

0

Yeni tədris ilindən Azərbaycanda 156 tələbə Təhsil Nazirliyi tərəfindən xüsusi yataqxana ilə təmin olunacaq.

 

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, onlar 2016/2017-ci tədris ilindən SABAH qruplarına qəbul olunmuş və SABAH yataqxanası ilə təmin olunmuş tələbələrdir.

 

Sabah yataqxanası ilə təmin olunan 156 nəfərdən 29-u Azərbaycan Dövlət İqtisad Universiteti, 34-ü Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, 44-ü Bakı Dövlət Universiteti, 9-u Azərbaycan Dövlət Pedaqoji Universiteti, 14-ü Azərbaycan Dillər Universiteti, 16-sı Azərbaycan Texniki Universiteti, 6-sı Azərbaycan Memarlıq və İnşaat Universiteti, 2-si Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, 1-i Bakı Slavyan Universiteti, 1-i isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsidir.

 

Tələbələr yataqxanada pulsuz yaşayış və gündə 3 dəfə qidalanma ilə təmin olunurlar.

 

Yataqxanaya yerləşmə vaxtı haqqında məlumat yaxın günlərdə sabah.edu.az saytında vəfacebook səhifəsində yerləşdiriləcək.

 

Yataqxana Bakı şəhəri,Yasamal rayonu İ. Zülalov küç. 30 ünvanında yerləşir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 463

Oxşar yazılar