"Quş qripi" monitorinqi davam edir
27 fevral 2019 13:10 (UTC +04:00)

"Quş qripi" monitorinqi davam edir

Fevralın 25-dən milli qoruq və parklarda, quşçuluq və fərdi təsərrüfatlarda  “quş qripi” xəstəliyinə görə aparılan monitorinq davam etdirilir.  Bu barədə Lent.az-a Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətindən bildirilib.

Verilən məlumata görə, monotorinq Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin, Qida Təhlükəsizliyi Agentliyinin,  Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə aparılır.

Artıq  DBX-nın əməkdaşları seçmə üsulla ovlanmış 27 baş (Pirallahı adasındakı Abşeron Milli Parkından 8 baş köçəri quşun patoloji material, Şabran rayonundakı Ağzıbir ovçuluq təsərrüfatdan 11 baş köçəri quşun patoloji material, Salyan rayonundakı Şirvan Milli Parkından 8 baş köçəri quşun patoloji material) köçəri quşlardan patoloji material, həmçinin Abşeron (50 baş ev qusuş qanı), Şabran (50 baş ev qusuş qanı) və Salyan (50 baş ev qusuş qanı) rayonlarındakı şəxsi və quşçuluq təsərrüfatlarında saxlanılan 150 baş ev quşundan qan nümunələri götürüblər.

Köçəri quşlar üzrə monitorinq aparılan ərazilərdə xəstə və xəstəlikdən tələf olan quşlara təsadüf edilməyib, eləcə də şəxsi və quşçuluq təsərrüfatlarda saxlanılan quşlar arasında hər hansı iti yoluxucu xəstəliyə və xəstəlikdən tələfata rast gəlinməyib.

Həm köçəri, həm ev quşlarından götürülmüş materiallar Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasında müayinə olunacaq və nəticələr ictimaiyyətə açıqlanacaq.

Dövlət Baytarlıq Xidməti bildirir ki, hazırda “quş qripi” və digər iti yoluxucu xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.

Monitorinq nartın 1-də başa çatacaq..

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 433
avatar

Oxşar yazılar