141166 şagird birinci sinfə gedib
16 sentyabr 2013 10:23 (UTC +04:00)

141166 şagird birinci sinfə gedib

 

Azərbaycanda yeni dərs ili başlayıb. Lent.az-ın xəbərinə görə, 2013-2014-cü dərs ilində ölkənin ümumtəhsil məktəblərinin birinci siniflərinə 141166 şagirdin gedəcəyi gözlənilir. Onlardan 74998 nəfəri oğlan, 66168 nəfəri isə qızdır.


Yeni tədris ilində Bakı şəhərindəki ümumtəhsil məktəblərinin I sinfinə 36102 şagirdin qəbulu gözlənilir. Bu il Bakı şəhəri üzrə xüsusi istedada malik 2400-ə yaxın uşaq I sinfə qəbul olunub.

Bu il 33745 abituriyent ilk dəfə olaraq tələbə kimi ali məktəbə gedəcək.
 

 

# 575
avatar

Oxşar yazılar