1300 kq yararsız ərzaq məhv edilib - APA TV
Azərbaycanda ərzaq mağazalarında yararsız ərzaq məhsulları aşkarlanıb. Ümumilikdə 1300 kq-dan çox saxlama müddəti ötmüş və ya normativ sənədlərin tələblərinə cavab verməyən ərzaq satışdan çıxarılaraq məhv edilib. İqtisadiyyat və Sənaye Nazirliyindən APA TV-yə bildirlib ki, bu qüsurlar Nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin apardığı monitorinqlər nəticəsində üzə çıxıb. Belə hallar daha çox paytaxt Bakıda qeydə alınıb. Binəqədi rayonunda 6, Qaradağ rayonunda 3, Nərmanov rayonda 2 olmaqla ümümilikdə 11 dükanda saxlama müddəti bitmiş, insan sağlamlığı üçün zərərli olan qidalar aşkarlanıb və satışdan çixarılb. Araşdırma zamanı məlum olub ki, bir çox sahibkar və satıcı ərzaqların satışaqədərki müddətdə saxlama şəraitinə və müddətinə diqqət yetirməməklə müştərilərin həyatını təhlükə qarşısında qoyur. Son vaxtlar bu cür monitorinqlərin sayını artıran departament əməkdaşları analoji reydləri bölgələrdə də həyata keçirib. Abşeron, Şəmkir, Samux, Beyleqan, Kürdəmir, Yevlax, Zərdab, Xaçmaz, Şamaxı, Qobustan, Zaqatala, Ağdam rayonlarında aparılan monitorinqlər zamanı 10-larla qüsur aşkarlanıb. Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunub.
599