Hazırda Təhsil Nazirliyində 12 illik ümumi təhsilə keçidlə bağlı icra mexanizmlərinin müəyyənləşdirilməsi üzrə müzakirələr aparılır. Bu barədə Lent.az-a Təhsil Nazirliyindən məlumat verilib.
Nazirlikdən həmçinin bildirilib ki, yerli təhsil orqanları tərəfindən şagirdlərin dərsdən yayınıb-yayınmamaları ilə bağlı davamlı monitorinqlər aparılır. İcra nümayəndəlikləri, müvafiq hüquq-mühafizə təşkilatları da təhsildən yayınmanın qarşısının alınmasında iştirak edirlər: “Təhsil Nazirliyinin nümayəndələri yerlərdə olarkən həmin məsələ ilə yaxından maraqlanır, seçmə yolla araşdırmalar aparırlar. Təhsildən yayınma hallarının qarşısının alınmasında valideynlərlə aparılan işlər, xüsusilə maarifləndirmə tədbirləri mühüm yer tutur. Zərurət yarandıqda, aidiyyəti təşkilatların köməyinə müraciət olunur”.