11 illik bazadan kolleclərin boş yerlərinə müsabiqənin nəticələri açıqlanıb
05 sentyabr 2016 12:48 (UTC +04:00)

11 illik bazadan kolleclərin boş yerlərinə müsabiqənin nəticələri açıqlanıb

0

 

2016/2017-ci tədris ili üçün tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə keçirilmiş müsabiqənin nəticələri açıqlanıb.

 

TQDK-dan Lent.az-a verilən məlumata görə, abituriyentlər müsabiqənin nəticələrini Komissiyanın internet saytından və ya mobil telefonla iş nömrəsini 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

 

Bildirək ki, boş qalan 1220 plan yerinin müsabiqəsində iştirak etmək üçün 5629 abituriyent ərizə təqdim edib. Onlardan 1077 abituriyent orta ixtisas təhsili müəssisələrinə qəbul olub.

 

Qəbul olanlar sentyabrın 6-dan 10-dək (saat 9:00-dan 17:00-dək) sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

 

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri orta ixtisas məktəbinə göndərilməyəcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 497

Oxşar yazılar