11 illikdən kolleclərin boş yerlərinə ixtisas seçimi başladı
01 sentyabr 2016 10:48 (UTC +04:00)

11 illikdən kolleclərin boş yerlərinə ixtisas seçimi başladı

0

 

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2016/2017-ci tədris ili üçün tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elan edib.

 

TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, ixtisas seçimi internet vasitəsilə bu gün saat 10.00-dan sentyabrın 4-ü saat 23.59-dək aparılacaq. Elanın tam mətni “Abituriyent” jurnalının 11-ci nömrəsində çap olunub.  Jurnalın bu nömrəsində  həmçinin orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarının Qabiliyyət İmtahanı Komissiyaları üzrə bölgüsü, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası, qəbul aparılan ixtisasların siyahısı, plan yerləri haqqında məlumatlar Azərbaycan və rus dillərində dərc olunub.

 

 

Qeyd edək ki, jurnalın elektron versiyasını (pdf formatında) TQDK saytının "Elektron xidmətlər" bölməsində "TQDK nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə edə bilərsiniz (Xidmətə keçid:http://eservices.tqdk.gov.az/ejurnal/).

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 454

Oxşar yazılar