
100 yaşlı Azərbaycan polisi - FOTOLENT
Bu gün Polis Akademiyasında Azərbaycan polisinin 100 illik yubileyi və 2 iyul – Polis günü münasibətilə mərasim keçirilib.
APA-nın xəbərinə görə, tədbirdə Azərbaycan Prezidentinin Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov, daxili işlər naziri, general-polkovnik Ramil Usubov, Daxili İşlər Nazirliyinin (DİN) rəhbərliyi və başqa şəxslər iştirak ediblər.
F. Ələsgərov mərasimdə Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan polisinin 100 illiyi münasibətilə polis əməkdaşlarına ünvanladığı təbrik məktubunu oxuyub.
Təbrik məktubunda bildirilib ki, 2 iyul – Polis günü yalnız daxili işlər orqanları üçün deyil, müstəqil Azərbaycan dövləti üçün əlamətdar hadisədir.
“1991-ci ildə Azərbaycan müstəqil olduqdan sonra ölkə idarə olunmaz vəziyyətdə idi. Bu, polis orqanlarına mənfi təsir göstərmişdi, kriminogen durum nəzarətdən çıxmışdı. 1993-cü ildə Heydər Əliyevin siyasi rəhbərliyə qayıtması dövləti uçurumdan xilas etdi. Bu gün Heydər Əliyevin siyasəti uğurla davam etdirilir. Ölkədə insan hüquqları ədalətli şəkildə qorunur. Azərbaycan polisi dövlətçiliyin qorunmasında əsas dövlət təsisatıdır. Əminəm ki, Azərbaycan polisi cinayətkarlığa qarşı mübarizəni bundan sonra da uğurla davam etdirəcək”, - deyə təbrik məktubunda qeyd olunub.
Daxili işlər naziri R. Usubov bildirib ki, Azərbaycan polisinin ölkədə sabitliyin möhkəmlənməsində, təhlükəsizliyin təmin edilməsində böyük rolu var.
Mərasimin sonunda polis əməkdaşlarının təntənəli keçidi baş tutub, Daxili İşlər Nazirliyinə məxsus texnika nümayiş etdirilib.
Oxşar yazılar

5 BÜRC bu gün diqqətli olmalıdır: Kimləri təhlükə və münaqişələr gözləyir
6 iyul 2025 , 10:01
II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
6 iyul 2025 , 09:11
Hamı evlən dedi, o isə illərdir gözləyirdi – Şəhid Mehmanın nişanlısı ilə müsahibə - YENİLƏNİB
5 iyul 2025 , 22:29
Vanqadan 2025-ci il üçün ən dəhşətli PROQNOZ: söhbət nədən gedir?
5 iyul 2025 , 20:15
Dioqo və Rute 13 il birlikdə idilər: Jotanın sevgi hekayəsi
5 iyul 2025 , 18:59
İyulda cekpot bu BÜRCLƏRİN olacaq
5 iyul 2025 , 18:40
Rusiyada həbsdəki qardaşıma zəruri dərman ötürülməsinə icazə verilib - Seyfəddin Hüseynli
5 iyul 2025 , 17:46