Yardım Fonduna yığılan vəsait 50 milyon dollardan çoxdur
01 aprel 2013 13:45 (UTC +04:00)

Yardım Fonduna yığılan vəsait 50 milyon dollardan çoxdur

Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna yığılan vəsaitin həcmi son bir ayda 1 138 485 manat artıb.


 

Bu barədə APA-ya Müdafiə Nazirliyindən məlumat verilib.

 

Nazirliyin məlumatına görə, aprelin 1-ə kimi Fondun manat hesabına toplanmış vəsaitin həcmi 39 017 597 AZN, ABŞ dolları hesabındakı vəsait 205 791 dollar, avro hesabındakı vəsait isə 593 avro təşkil edib. Fondun dollar və avro hesabında vəsaitin artımı baş verməyib. Yeni açılmış Rusiya rublu ilə hesaba isə vəsait daxil olmayıb.

 

Ümumilikdə Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna yığılan vəsaitin həcmi 50,023 milyon ABŞ dolları təşkil edib.

 

Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan prezidentin 17 avqust 2002-ci il tarixli sərəncamı ilə yaradılıb. Sərəncama əsasən, Silahlı Qüvvələrə Yardım Fondu respublika ərazisində fəaliyyət göstərən fiziki və hüquqi şəxslərdən könüllü olaraq daxil olan vəsait və qanunvericiliklə qadağan olunmamış digər daxilolmalar hesabına formalaşır.

 

# 646
avatar

Oxşar yazılar

Sabah bu yollar tam BAĞLANACAQ

Sabah bu yollar tam BAĞLANACAQ

4 may 2024 , 15:05
Sulu qar yağacaq, leysan olacaq - PROQNOZ

Sulu qar yağacaq, leysan olacaq - PROQNOZ

4 may 2024 , 12:46
Qar yağıb, şaxta olub - FAKTİKİ HAVA

Qar yağıb, şaxta olub - FAKTİKİ HAVA

4 may 2024 , 11:10
 Qar yağacaq   - XƏBƏRDARLIQ

Qar yağacaq - XƏBƏRDARLIQ

3 may 2024 , 16:48
Baş Prokurorluqda "Yaşıl Dünya naminə həmrəylik ili"nə həsr olunmuş tədbir keçirilib

Baş Prokurorluqda "Yaşıl Dünya naminə həmrəylik ili"nə həsr olunmuş tədbir keçirilib

3 may 2024 , 16:45
Baş prokuror Tərtər rayonunda vətəndaşları qəbul edib

Baş prokuror Tərtər rayonunda vətəndaşları qəbul edib

3 may 2024 , 15:59
Qış gözlənilmədən qayıtdı:  Güclü qar yağdı

Qış gözlənilmədən qayıtdı: Güclü qar yağdı

3 may 2024 , 14:57
COP29.az  vebsaytı istifadəyə verildi

COP29.az vebsaytı istifadəyə verildi

3 may 2024 , 14:22