Vüqar Səfərlinin əmlakı müsadirə edildi
21 dekabr 2021 18:31 (UTC +04:00)

Vüqar Səfərlinin əmlakı müsadirə edildi

Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərlinin əmlakları müsadirə edilib.

Lent.az APA-ya istinadən xəbər verir ki, bu barədə bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə elan olunan hökmdə bildirilib.

Qeyd olunub ki, onun Xətai rayonunda, İsmayıllı rayonunda yerləşən evləri müsadirə edilib, bank hesabına həbs qoyulub.

Məhkəmənin hökmünə əsasən, Vüqar Səfərli 10 il 6 ay azadlıqdan məhrum olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2283
avatar

Oxşar yazılar