"Vulkan sönmə mərhələsindədir" - FHN rəsmisi
05 iyul 2021 12:48 (UTC +04:00)

"Vulkan sönmə mərhələsindədir" - FHN rəsmisi

"Palçıq vulkanının baş verdiyi ərazidə vulkan sönmə mərhələsindədir".

Lent.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə işinin təşkili Baş idarəsinin rəisi, general-mayor Niyazi Zamanov məlumat verib. O bildirib ki, bu gün helikopterlə o yerə baxış keçirilib:

"Hadisə ilə bağlı FHN-də xüsusi qrup yaradılıb. Qrup yaxın vaxtlarda hadisənin baş verdiyi əraziyə göndəriləcək. Sonra bununla bağlı ictimaiyyətə məlumat verəcəyik".

 

# 3279
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar