“Volt Azərbaycan”a sanksiya tətbiq edildi -  SƏBƏB
30 iyun 2021 09:52 (UTC +04:00)

“Volt Azərbaycan”a sanksiya tətbiq edildi - SƏBƏB

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti çatdırılma xidmətləri bazarında rəqiblərin üzərində əsassız üstünlük qazanmaq məqsədilə haqsız rəqabətə və antiinhisar qanunvericiliyinin pozulmasına yol verdiyi üçün “Volt Azərbaycan” MMC barədə tədbir görüb.  

Xidmətdən Lent.az-a verilən məlumata görə, araşdırma zamanı məlum olub ki, "Volt Azərbaycan" iaşə müəssisələri ilə bağladığı müqavilələrdə əsas tələb kimi yalnız özünün müstəsna kuryer (çatdırılma) xidməti göstərən şirkət olması şərtini qoyub.

Bununla əlaqədar “Volt Azərbaycan” “Haqsız rəqabət haqqında” qanunun tələbləri pozub.

Qanun pozuntusu hallarının aradan qaldırılması barədə “Volt Azərbaycan”nın qarşısına tələb qoyulub və haqsız rəqabətə yol verdiyi üçün müəssisəyə maliyyə sanksiyası tətbiq edilib.

Qeyd edək ki, şirkətə qarşı iş İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə daxil olan müraciətlərin araşdırılması zamanı qaldırılıb. Haqsız rəqabət halları ilə rastlaşan sahibkarlar yazılı şəkildə və ya 498-15-01, 498-15-04 nömrəli telefonlar vasitəsilə Dövlət Xidmətinə müraciət edə bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2337
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar