"Viktoriya"da  YOXLAMA:  Rəhbərlik...
18 oktyabr 2021 17:46 (UTC +04:00)

"Viktoriya"da YOXLAMA: Rəhbərlik...

Xətai rayonunda təşkil olunan şənlik mərasimində pandemiya tələbləri pozulub.

Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Lent.az-a verilən məlumata görə, qurumun  əməkdaşlarının Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi 255 ünvanında fəaliyyət göstərən “Viktoriya” şadlıq sarayında keçirdiyi baxış zamanı pandemiya dövrünün tələblərinin pozulduğu aşkar olunub. Yoxlama zamanı pandemiya dövrünün tələblərinə əsasən, xidmət göstərən işçi heyətin bəzilərinin tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu vasitələrdən istifadə etmədiyi məlum olub.

Aşkarlanan pozuntularla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.

 

# 2175
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar