Vətəndaşlar "Sputnik V" peyvəndindən burada istifadə edə biləcəklər - RƏSMİ
17 may 2021 13:30 (UTC +04:00)

Vətəndaşlar "Sputnik V" peyvəndindən burada istifadə edə biləcəklər - RƏSMİ

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi məlumat yayıb.

Lent.az xəbər verir ki, məlumatda bildirilib ki, Azərbaycan Respublikasında “COVID-19” xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ölkə üzrə peyvəndlənmə prosesi davam etməkdədir:

"Mayın 18-dən yeni növ koronavirus infeksiyasına qarşı peyvəndlənmə məqsədi ilə vətəndaşlar Rusiya istehsalı olan "Sputnik V” vaksinindən də istifadə edə biləcəklər. Həmin vaksinin istifadəsinə Azadlıq prospekti 112 ünvanında yerləşən Bakı Sağlamlıq Mərkəzində başlanacaq".

Həmçinin qeyd edilib ki, 18 yaşından yuxarı olan və əksgöstərişləri olmayan hər bir vətəndaş peyvənd oluna bilər.

 

Qeyd edək ki, "Sputnik V” vaksini artıq dünyanın 65 ölkəsi tərəfindən tanınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1608
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar