Lent.az-ın "bir sual, bir cavab" rubrikasında növbəti mövzusu vəsiyyətnamə ilə bağlıdır.
Gündəlik həyatımızda insanların vərəsəliklə bağlı problemlərinə tez-tez rast gəlirik. Əgər ölən şəxs heç bir vəsiyyətnamə qoymursa, bir çox hallarda mərhumun qohumları, yaxınları arasında mirasın kimə çatması ilə bağlı mübahisələr olur, suallar yaranır.
Maraqlıdır, vəsiyyətnamə olmasa, vərəsəlik necə olur? Qanun üzrə vərəsəlik nə zaman qüvvədə olur?
Lent.az xəbər verir ki, miras qoyan şəxs vəsiyyətnamə qoymursa və ya vəsiyyətnamə tamamilə və ya qismən etibarsızdırsa qanun üzrə vərəsəlik qüvvədə olur.