Hazırda oyuncaq sevməyən uşaq yoxdur. Bu gün bazarda cürbəcür formalı, rəngli və müxtəlif oyuncaqlar var.
Maraqlıdır, görəsən, bu oyuncaqlar uşaqlar üçün nə dərəcədə keyfiyyətli və təhlükəsizdir?
Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Lent.az-a açıqlamasında bildirib ki, Nazirlər Kabinetinin 343 saylı qərarı malların məcburi sertifikatlaşdırılması ilə bağlı qərardır.
Onun sözlərinə görə, bu mallar təhlükəsizliyi təmin olunan mallardır:
"Bu qərar 2021-ci ilin may ayının 19-da ləğv olunub. Onun ləğvindən sonra isə ölkənin əmtəə bazarına ən təhlükəli mallar gətirilə bilər. Bu gün uşaq oyuncaqları ilə bağlı müəyyən problemlər yaşanır. İstehlakçılar pis qoxu gələn uşaq oyuncağı mağazasından heç bir mal almamalıdır. Həmçinin oyuncaq alarkın onun rənginin çıxmamasına və keyfiyyətli olub-olmamasına diqqət yetirməliyik. Bu baxımdan Nazirlər Kabinetinin 343 saylı qərarı bəzi mallarda hələ də tətbiq edilməlidir. Təəssüflər olsun ki, İqtisadiyyat Nazirliyi yanında Standartlaşdırma İnustitutu bu məsələlərə əhəmiyyət vermir. Bu baxımdan bu gün əmtəə bazarında kifayət qədər arzuolunmaz uşaq oyuncağı var".