Uzadılan karantin rejimində qalan QADAĞALAR
22 iyun 2022 11:13 (UTC +04:00)

Uzadılan karantin rejimində qalan QADAĞALAR

Xəbər verdiyimiz kimi, Nazirlər Kabinetinin qərarına əsasən, Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2022-ci il sentyabrın 1-i saat 06:00-dək uzadılıb.

Bununla yanaşı, ictimai yerlərdə 10 nəfərdən artıq qruplarda cəmləşməsinin qadağan olunması tələbi, şənlik mərasimlərinin təşkili və keçirilməsi zamanı məlumatların “icaze.e-gov.az” portalına daxil edilməsi ləğv olunub.

Bir neçə qaydaların ləğv olunmasına baxmayaraq, Azərbaycanda bəzi karantin qadağaları hələ də qüvvədədir. 

Karantindən geriyə qalanlar nələrdir?

Lent.az qüvvədə olan karantin qadağalarını təqdim edir:

* Xüsusi karantin rejiminin müddəti 2022-ci il sentyabrın 1-i saat 06:00-dək uzadılıb.

* Azərbaycanın qonşu ölkələrlə quru sərhədləri hələ də bağlıdır. Hazırda vətəndaşlar ölkə ərazisini yalnız hava yolu ilə tərk edə bilir. 

* 2022-ci il fevralın 1-dən etibarən dövlət orqanlarının əməkdaşlarının, mülkiyyət formasından asılı olmayaraq bütün tibb, əczaçılıq, elm və təhsil müəssisələrinin, iş və xidmət sahələri işçilərinin COVID-19-a qarşı ən azı iki doza peyvənd olunmaları və ya iki COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənədi, yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatının olması tələb edildi.

* Fevralın 15-dən COVID-19 vaksininin ikinci dozasının üzərindən 6 aydan çox vaxt keçən şəxslərin “Peyvənd sertifikatı” etibarlı hesab edilmir. “Buster” doza vaksin olunmayanlar ictimai iaşə müəssisələri (kafe, restoran və s.) mehmanxanalar, iri ticarət mərkəzləri, idman və sağlamlıq-bərpa obyektləri, toy və ya digər şənliklər, ali təhsil müəssisələri və kolleclərə buraxılmırlar.

Eyni zamanda, qeyd edim ki, Azərbaycana giriş üçün PCR-testi sertifikatı da artıq tələb olunmur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5490
avatar

Fidan İlqar

Oxşar yazılar