Uşaq pulu   ilə bağlı nazirdən AÇIQLAMA
11 noyabr 2022 16:55 (UTC +04:00)

Uşaq pulu ilə bağlı nazirdən AÇIQLAMA

“Uşaq pulu ilə bağlı dəfələrdə açıqlama vermişəm bu gün də bildirirəm ki, Azərbaycanda 600 min həssas uşağa yardım edilir”.

Lent.az APA-ya istinadla xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.

"Həmin həssas uşaqlar ünvanlı sosial yardım alır, əlilliyə görə vəsait alır və s. Bəli, həssas kateqoriyadan olan uşaqlara yardım edilməlidir və dövlətimiz o yardımı edir. Sosial yardım ünvanlı olmalıdır, nəinki ümumi”, - nazir bildirib.

# 12198
avatar

Oxşar yazılar