Uşağını öldürən ana kimin qisasını aldı? - Tanınmış psixoterapevt elə şeylər danışdı ki...
03 oktyabr 2022 16:21 (UTC +04:00)

Uşağını öldürən ana kimin qisasını aldı? - Tanınmış psixoterapevt elə şeylər danışdı ki...

Lent.az həkim-psixoterapevt Dilbər Nazlı Çələbi ilə müsahibəni təqdim edir: 


-    Dilbər xanım, ən çox hansı problemlərlə sizin yanınıza gəlirlər? 

-    Əsas onurğa problemləri olan pasientləri qəbul edirəm. Əslində terapevt olduğum üçün bütün daxili xəstəlikləri olanları qəbul edə bilərəm. Psixo-terapiya isə mənim ikinci təhsilimdir. Bütün xəstəliklərin psixoloji problemlərdən yarandığını bildiyim üçün qəbuluma gələn xəstələrin psixoloji vəziyyətini analiz edirəm. Yəni ki, psixoloji problemlərini birinci onlara göstərirəm. Çünki insanın xəstəliyinin kökü ilkin olaraq, psixoloji problemdir. Sonra keçir fiziolojiyə. Psixikanı, düşüncəni dəyişməsək, bədəni müalicə edib qurtara bilməyəcəyik. Sadəcə bədəni müvəqqəti susduracağıq. 


-    Bəs sizə müraciət edən pasientlərin patologiyaları nədən qaynaqlanır?

-    Ən çox uşaqlıq travmaları olan pasientlər gəlir. Yetişkin biri olsalar da, danışdıranda görürəm ki, uşaqlıq travmaları var. Uşaqlıqdan indiyə kimi qalıb onlarda. Uşaq öz sözünü valideynə deyə bilmir. Və yaxud, valideyn uşağına həddən artıq qayğı göstərir. Valideyn hiss etmir ki, onun həddən artıq verdiyi qayğı uşaqda psixoloji pozuntulara gətirib çıxarır. Elə də olur ki, valideynin uşağın şikayətlərini dinləmə qabiliyyəti yoxdur. Dinləsə də, həll etmə iqtidarında olmur. Psixoloqa, psixo-terapevtə müraciət etməyə qorxurlar. 
Baxın, psixoloq nə deməkdir? Psixoloq – normal insanın psixoloji vəziyyətini korreksiya edir. Psixoloji xəstəliyi olmayan adam üçündür. Psixo-terapevt isə artıq, kimyəvi maddələrlə, preparatlarla insanın psixoloji vəziyyətinə müdaxilə edir. Yaranan ruhi xəstəliyə öz yardımını göstərə bilir. Əgər, psixoloq insana vaxtında korreksiya edə bilməsə, sonda psixo-terapevtin, psixiatrın yanına gəlib çıxacaq. 
Bu saat dəbdir, hər kəs psixologiya ilə maraqlanır. Əslində, insanın psixologiyasını sakitləşdirməsi, özünü təkmilləşdirməsi çox yaxşı bir şeydir. Çünki, insanı özündən başqa yaxşı tanıyan, hisslərini bilən yoxdur. 


-    Mentalitetin qurbanı olanlarla rastlaşmısınız? 

-    Mentalitetə o qədər iyrənc, lazımsız quyruqlar, əlavələr qoşurlar ki, mentalitet bu saat bizim gözümüzə düşmən kimi görünür. Mentalitet insanlarda ikrah, nifrət hissi oyadır. Mentalitet – bir xalqın, millətin kimliyi deməkdir. Görün, bizim xalqımızın kimliyini necə dəyişdirirlər, mentalitetə nə qədər lazımsız, iyrənc əlavələr gətirirlər... Ona görə, qorxuruq özümüzü sevməyə. Bir insan birini tərifləyəndə deyirlər ki, qorxur, saxtakarlıq edir, özünü gözə soxur və s. Yəni, baryer qoyulacaq ki, kimsə kimsəni tərifləməsin. Amma kimsə kimsəni lağ, tənqid və biabır etməsinə heç bir maneə yoxdur. Fikir verirsiniz? Görün, bizi hansı günə qoyublar da. Bizə özümüzü belə tanıdırlar. Xəbər gedir ki, “13 yaşlı qız uşaq dünyaya gətirdi”. Sizin o eybəcər mentalitetinizdir də, cəmiyyəti qara günə qoyur. Xalqın və millətin əsl üzü başqadır. Bu, bir millətin şücaətidir, şərəfidir, namusudur, qeyrətidir. 


-    Mentalitetimizi kimlər qara günə qoyur?

-    Burada birbaşa dini təsirlər, radikal farsların birbaşa müdaxiləsi, din, və ya məzhəb adı altında bizim dindarlara təzyiqlər, mentalitetimizə qulp qoymalar, verdikləri fətvalar var. Bütün bunlar qondarmadır və millətin üstünə qoyuldu ki, o, milli kimliyini unutsun. Dini qabartdılar, milliyyətdən önə qoydular. Amma bu, belə olmalı deyildi. Deyirlər ki, sən dindəsənsə, milliyyətin yoxdur. Niyə bunu bizə yedizdirirsiniz? Millətini niyə unutdurursunuz? Bu, bizi öz kökümüzdən qoparmaq deməkdir. Milləti eybəcərləşdirməkdir bu. Qadını əzmək, öldürmək, təhsil almağa qoymamaq, irəli getməyə mane olmaq və s. Yeni gələn nəsillər də bunları hey dəyişməyə can atırlar.


-  Nəyə görə?

-    Çünki, görün, neçənci nəsildir ki, o eybəcər mentalitetin qurbanı olur. Biz o eybəcər mentalitetdən qaçırıq deyə, ordan-burdan, gözəl görünən hər şeyi çırpışdırmağa cəhd göstəririk ki, hə, biz də dəyişək.  Başqa ölkələri görürsünüz? Bizə özümüzünkülər nümunə göstərib deyirlər ki, “rus qadınlarına da bax, onlar elədirlər, onlar belədirlər” və s. Halbuki, yaşayış tərzinə də baxsaq, bizim qadınlarımız başqa mentalitetdə yaşayırlar. Otuz il bundan qabaq başımızın ucalığı və dilimizin uzunluğu mentalitetimizin hesabına idi.  Təmiz, gözəl mentalitetdən söhbət gedir. Ümumiyyətlə, dünyanın hər yerində qadınlar daha həyalı, müdrik, daha tədbirli və ağıllı idilər. Axı dünya dəyişir. Mentalitetdən normal yaşayışımıza mane olan, gənclərimizi intihardan, qızlarımızı əxlaqsızlıqdan çəkindirən eybəcərlikləri çıxarıb tullamaq lazımdır. 
Mentalitetimiz xərçəng xəstəliyinə yoluxub. Dəri xərçəngi buna nümunə ola bilər. Bu xəstəliyi keçirən zaman dəri çox eybəcər bir formaya düşür. Halbuki insanın orqanıdır, amma iyrəncləşir. Kəsib ata bilmirik, baxın, budur mentalitetimizin düçar olduğu xəstəlik. 


-    Psixoterapevt kimi deyə bilərsinizmi, insanları nə öldürür?

-    ...Sevgisizlik. Təəssüflər olsun ki, qayğısızlıqdan əziyyət çəkən, psixoloji vəziyyəti gərgin olan, boş insanlar “sevgi yoxdur, sevgi boş şeydir” deyirlər, bu da ağızdan-ağıza yayılır. Onların valideyni həyatla mübarizə aparır, çətinliklərlə üzləşir deyə, uşağına sevgi verə bilmir. Ananın, atanın vaxtı yoxdur uşağını sevməyə. Ata pul qazanmağı, ana isə evi dolandırmağı fikirləşir. Nəyi necə edəcəklərini düşünürlər. Hər şeyi öyrədirlər uşağa, bircə yaşamağı öyrətmirlər. 
Baxın, 1990-cı illərdə Bakı əhalisinin 80%-ini elita təşkil edirdi. Yəni, ziyalı, yazıçı, vəzifə adamları və s. Rayondan camaat yavaş-yavaş paytaxta təhsil almağa gəlirdi. Şəhərin qayda və qanunlarını asta-asta götürürdülər, adaptasiya olurdular. Əvvəl şəhərli olurdu, sonra ziyalıya çevrilirdilər. Balans qorunurdu. Daha sonra müharibə düşdü, insanlar kütləvi surətdə məcburən şəhərə qaçdılar. Beləliklə, balans pozuldu. Aclıq, dəhşət, çətinliklərə məruz qaldılar. Hər kəs yaşamaq uğrunda mübarizə aparırdı, sabaha sağ çıxmağı düşünürdü. Azərbaycanın 30 ili məhv oldu. Bax, sevgisizlik burada yarandı. 
Elmdən söhbət belə gedə bilməz. Məktəblərin təhsil sistemi pozuldu. Hansı müəllimi danışdırırsan, deyir ki, biz uşağa söz deyə bilmirik. “Ay qız, sənin gözün-başın qaynayır, özünü yaxşı apar” deyəndə, uşağın valideyni gəlib müəlliməni döyər, məhkəməyə verər. Əlbəttə ki, yeniyetmələrin hormonlarının oyanan vaxtıdır, tələbatlar yaranır, məktəblilərin bir-birinə maraqları oyanır və s. Deyirlər ki, kişilər yaman “gəzir”. Niyə “gəzirlər”? 

 

-    Onlar da sevgi axtardıqları üçün “gəzirlər”? 

-    Heç özləri bilmir ki, nə axtarırlar. Eyni şeyi də qadın edir. “Qadın gəzdi, onu öldürmək lazımdır” deyirlər. O da deyir ki, “məni niyə öldürməlisiniz? Mən də sevgi axtarıram”. Başqa biri deyir ki, yox, sən sevgi axtarmırsan, əxlaqsızlıq edirsən. Heç qadın bilmir nə axtarır. Qadınlar deyirlər ki, ərim mənə diqqət ayırmır, diqqət istəyirəm mən. Xeyr, o, sevgi gözləyir. Nə özü bilmir sevgi necə olur, nə də əri bilmir sevgi nətər olur. Qəlbin, ruhun axtardığı o hissi kənarda axtarırlar. Bu da faciəyə gətirib çıxarır. Kimsə ağzını açıb “sevgi” deyəndə, beş adam onu lağa qoyub susdurur ki, nə sevgi?  “Sevgi puldur, sevgi filandır”. Xeyr, elə deyil.


-    Belə çıxır ki, pul sevgisizliyi yaradır?..

- Bəli. Sanki pulu pisləməklə onu təbliğ edirlər. Məsələn, bir adama deyirsən ki, “filankəs milyoner oğlanı seçdi, kasıbı neyləyir? Sevgi puldadır” və s. Yanında da balaca bir qız uşağı buna qulaq asıb başa düşür ki, pulu sevmək lazımdır. Deməli, pullu oğlanı sevmək lazımdır. Heç bilmir ki, sevgi nə olan şeydi? Deyir “yaxşı yaşamaq lazımdır”. Niyə həqiqəti demirsiniz ki, insanların yaşaması üçün maddiyyat vacibdir? Fikir verin, maddiyyat mənəviyyatı üstələyir. Əgər maddiyyat mənəviyyatı üstələyərsə, insan məhv olacaq. Və ya mənəviyyat maddiyyatdan üstün olarsa, yenə eyni hal olacaq. Əgər ən gözəl bir ağac belə, böyüyəndə bir tərəfi üstə budaqlanarsa, o, yıxılacaq. Ona görə də balans mütləq qorunmalıdır. Hesab edirəm ki, gənclər daha çox maddiyyata görə yox, mənəviyyata görə intihar edirlər. Arxasınca da deyirlər ki, filankəs qıza görə özünü öldürdü, filankəsin qızı atasına görə özünü öldürdü və s. Maddiyyata görə nadir hallarda intihar edirlər. 


-    Ötən ay atanın qızını sevən 16 yaşlı oğlanı öldürməsi xəbəri ajiotaja səbəb oldu. Sizcə, bu hadisənin səbəbi sevgisizlikdən başqa, nə ola bilər?

-    Ata qorxub ki, oğlan qızla cinsi əlaqədə olacaq, qızının paklığı, təmizliyi pozulacaq. Sonra qızı əxlaqsız olacaq və bunun papağı yerə girəcək. Hər kəs bu kişini barmağı ilə göstərəcək. Qohum-əqrəba arasında dili qısa olacaq, hörmətdən düşəcək, qonşular ona güləcək. Qız əldən-ələ düşəcək, barlarda işləyəcək və zülmlə böyütdüyü qızı itirəcək. Təsəvvür edirsiniz? Ata düşünür ki, buna səbəb həmin oğlan idi. Bu kişi özünü öldürdüyü oğlanın atasının və anasının yerinə qoysun. Öz övladına görə başqa bir insanın övladını öldürmək nə deməkdir? O qız da, atalar da, öldürülən oğlan da xərçəngə çevrilmiş mentalitetin qurbanıdır. Camaatı qıran həmin xərçəngə tutulmuş mentalitetdir ki, hamını qıra-qıra gedir. Heç kim kiminsə qızını barmaqla göstərməsə, hamı öz ailəsinə diqqət eləsə, belə hallar olmaz. Çünki həyatdır, hər kəsin başına hər iş gələ bilər. Heç kim deyə bilməz ki, uşağımın başına gəlməz. Elə situasiyalar yaranar ki, insan özü də bilməz necə o tələyə düşdü. Kimisə qınamayın ki, başınıza gəlməsin. Sevdiyi oğlanın atası tərəfindən öldürülməsi qız üçün də ölüm deməkdir. O, birdəfəlik ölüb artıq və Azərbaycanda yaşaya bilməyəcək. Başqa ölkələrin birində olsa idi bu hadisə, qız həyatını istədiyi kimi yaşaya biləcəkdi. Xarici ölkələrdə insanın azad yaşamasına anlayışla yanaşır və düşünür ki, insan səhv edibsə, ömür boyu onu bullinq etməyin nə adı var? Niyə insan bir səhvinə görə daim əziyyət çəkməlidir? 
Ümumiyyətlə, həm psixologiyada, həm də kainatın qanunlarına görə, səhv yoxdur. O, ruhun təcrübəsidir və biz təcrübəni səhv edərək öyrənirik. Ruhlar bu dünyaya təcrübə öyrənmək üçün gəlir. 


-    El arasında işlədilən “ərə get, düzələcək” ifadəsi səfsətə hesab oluna bilər? Nə dərəcədə doğruluğu var bu ifadənin? 

-    Əslində, insanlardakı bir çox fizioloji və psixoloji xəstəliklər onların evli olmamağından irəli gəlir. Burada çakraların işindən söhbət gedir. Bu, ayrı bir mövzudur. Energetik çərxlər adlandırılan çakralar göz ilə görülməsə də, onurğa sütunu boyunca düzülüb və hər bir orqanın energetik qidalanmasını təmin edir. İnsanın hormonal inqilabı dövrü zamanı cinsi tələbatlar yaranır. Cinsi tələbatlar ödənilmirsə, psixoloji problemlər yarana bilər. Yəni, birinci (cinsiyyət üzvlərində yerləşir) və ikinci (göbəkdən bir az aşağıdadır) çakralarda durğunluq yaranır. Belə ki, 7-ci çakramızdan, yəni başımızın üstündən, kosmosdan aldığımız həyat enerjisi burulğan kimi fırlana-fırlana gəlib birinci çakradan çıxmalıdır. Təmiz enerjini alırıq, çirkli enerjini isə mübadilə ilə torpağa ötürməliyik. 
Əgər cinsiyyət orqanları öz işini görmürsə, onda çakralar bloklanır. Belə çıxır ki, aldığımız kosmik enerji içimizdə fırlanıb yeddinci çakrada ilişib qalır və təzədən geri qayıdır. Bu da beyinin fəaliyyətinə birbaşa təsir göstərir. Ona görə də “ərə get, düzələcək” ifadəsi 50 faiz doğrudur. 


-    Bakıda əri narkotik istifadəçisi olan 20 yaşlı ananın 1 yaşlı uşağını öldürməsi barədə yəqin ki, xəbəriniz oldu. Kimi ananı qınadı, kimi onun anasını, kimisi isə cəmiyyəti. Siz bu barədə nə düşünürsünüz? 

- Sözün düzü, cinayət işi ilə ətraflı tanış deyiləm və məsələyə həm həkim kimi, həm də yazıçı kimi fikir bildirməyim qeyri-peşəkarlıq olardı. Amma öz fikrimi deyim sizə ki, çox təəssüf etdim, çox… Uşağın şəkillərini də gördüm, çox sarsıldım bu hadisəyə. Burada 100 faiz psixoloji və ruhi problem var. Araşdırılmalıdır, düşünürəm ki, bu barədə bir kitab yazım. Hər şeyi izahlı şəkildə izah edim. Sizə hələ qısa izah edirəm. Həm çox böyük, həm də mübahisə yaradacaq bir mövzudur.   
Hətta, bu dediklərimə görə bilirəm ki, dava düşəcək (gülür). Uşağın ölməsini ana hansı hallarda istəyə bilər? Həqiqətən, onda psixoloji pozuntular, onun karmik “borcları” varsa, uşağın ölümünü istəyə bilər. Yəni, uşağın bədənindəki ruhla əvvəlki həyatında həmin qadının ruhu bir-birinə borclu olublar və elə də ölüblər. Bu dünyaya biri ana, digəri onun uşağı cismində gəliblər. Dedilər ki, hidrogen-peroksid içirib, ölmədiyini görəndə boğub öldürüb uşağı. Həqiqətən də, qisas alınanda elə olur və bu, bizim üçün dəhşətli olsa da, o ana ruhu qisasını alıb. 
Baxın, keçmiş həyatdakı ruhlar bu həyatda bir-biri ilə görüşəcək. Atalar demişkən, düşməni ailədə axtar. Ən qatı, güclü düşmənlər ailə üzvlərindən biri olur. Çünki onlar bir-biri ilə vaxtı ikən küsülü, əlaqələri düyünlü formada ölüblər. Növbəti həyatlarında isə qan qohumu kimi doğulub bir araya gələn başqa-başqa ruh sahibidirlər. Belə pasientlər çox olur.
 

# 3759
avatar

Nigar Namiq

Oxşar yazılar

Sahibkarlarla növbəti görüş Zaqatala rayonunda keçiriləcək

Sahibkarlarla növbəti görüş Zaqatala rayonunda keçiriləcək

4 dekabr 2022 , 17:10
Azərbaycanda son sutkada koronavirusa YOLUXMA

Azərbaycanda son sutkada koronavirusa YOLUXMA

4 dekabr 2022 , 16:42
Sabah hava belə olacaq - PROQNOZ

Sabah hava belə olacaq - PROQNOZ

4 dekabr 2022 , 12:37
Baş Dövlət Yol Polisi İdarəsi

Sürücülərə XƏBƏRDARLIQ

4 dekabr 2022 , 11:40
Bu rayonlara qar yağdı-FOTO

Bu rayonlara qar yağdı-FOTO

4 dekabr 2022 , 10:45
Nazirlik Xocalıda:  araşdırmalar BAŞLAYIR - VİDEO  - YENİLƏNİB

Nazirlik Xocalıda: araşdırmalar BAŞLAYIR - VİDEO - YENİLƏNİB

3 dekabr 2022 , 19:18
“Azəriqaz” abonentləri təhlükəsizlik qaydalarına riayət etməyə çağırır - VİDEO

“Azəriqaz” abonentləri təhlükəsizlik qaydalarına riayət etməyə çağırır - VİDEO

3 dekabr 2022 , 16:25
Beyləqanda 4 nəfəri öldürəni neçə il CƏZA GÖZLƏYİR?

Beyləqanda 4 nəfəri öldürəni neçə il CƏZA GÖZLƏYİR?

3 dekabr 2022 , 15:16