Universitetlər də açılır: Metroda hansı dəyişikliklər olacaq? - RƏSMİ
28 sentyabr 2021 13:30 (UTC +04:00)

Universitetlər də açılır: Metroda hansı dəyişikliklər olacaq? - RƏSMİ

“Yeni tədris mövsümünün başlaması ilə əlaqədar olaraq artıq sentyabrın 20-dən pik saatlarda metroda qatarların intervalı azaldılıb”.

Bu sözləri Lent.az-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov deyib. 

O bildirib ki, metronun “Həzi Aslanov” və “28 may” stansiyaları arasında qatarların hərəkət intervalı 2 dəqiqəyə endirilib:

“28 may" stansiyası həm də yaşıl və qırmızı xəttlərin kəsişməsinin birləşdiyi sahədir. Bu səbəbdən artıq "İçərişəhər" və "Dərnəgül" istiqamətlərində avtomatik olaraq 2 dəqiqə artıq, yəni 4 dəqiqəyə bərabər interval olacaq.

Qeyd edim ki, hazırda tətbiq olunan interval texniki cəhətdən mümkün olan ən minimal intervaldır. Bununla belə koronavirus infeksiyası səbəbi ilə xüsusi karantin rejimi müddətinin uzadılması nəzərə alınaraq, sərnişinlərlə geniş kompleksdə iş aparılacaq. Bu isə o deməkdir ki, müvafiq təbliğat, təşviqat, maarifləndirmə işləri yanaşı metropolitendə sərnişin axını olan istiqamətlərin öyrənilməsi araşdırılacaq. Bununla bağlı gün ərzində metroda bir neçə dəfə monitorinq təşkil olunur. Monitorinqlər vasitəsilə pik saatlarda sərnişin axını müşahidə edilir və müvafiq addımlar atılır”.

B.Məmmədov əlavə edib ki, bunlarla yanaşı gün ərzində ehtiyat qatarlar da nəzərdə tutulacaq:

"Zərurət yarandığı təqdirdə isə sözügedən qatarlar xəttə buraxılacaq".

# 1635
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar